Güləşçilərimiz dünya çempionatında dördüncü oldu

Güləşçilərimiz dünya çempionatında dördüncü oldu
24 Sent 2018 15:30

Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından Realpress.az-a verilən məlumata görə, millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçiylə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, DÇ-də Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutub. 


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.