Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar

Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar
24 Sent 2018 14:37


Tanınmış jurnalist Afət Rahilqızını hotelə buraxmayıblar.

Realpress.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

A.Rahilqızı bildirib ki, “Çıxış yolu” proqramının çəkilişi üçün getdikləri rayonda moteldə qalmaq istəyiblər, ancaq buna icazə verilməyib.

“Hər dəfə bölgələrə çəkilişlərə gedəndə hotellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. İki operator, bir sürücü və mən bir həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan mütəmadi olaraq qaldığımız hoteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik.

Qapıda dayanan kişiyə, bizə bir gecəlik iki otaq lazım olduğu söylədim. “Üç kişi və mənəm” demişdim ki, kişi qaşlarını düyünləyib, “gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin, nikah kağızı gətirin”, deyib, bizi geri qaytardı. Və biz yola davam etdik”.

Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etmək məcburiyyətində deyil.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.