Dünya azərbaycanlıları bu gecə bu verilişə baxacaq - VİDEO

Dünya azərbaycanlıları bu gecə bu verilişə baxacaq - VİDEO
24 Sent 2018 12:59

Soydaşlarımızın səbirsizliklə gözlədiyi “Vətən uzaqda deyil” ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır. 

Realpress.az 
xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq. 

İlk buraxılışda “Cümhuriyyətun 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 

37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz. 

Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir. 

“Vətən uzaqda deyil” TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn “Diaspor TV” ünvanında da izləyə bilərsiniz. 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.