Marsda su axtaracaq qurğunun sınaqları keçirilib

Marsda su axtaracaq qurğunun sınaqları keçirilib
24 Sent 2018 11:39

İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını keçiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə İtaliya Milli Astrofizika İnstitutunun alimlər qrupu tərəfindən yaradılıb. Eksperiment zamanı xüsusi detektor Oman səhrasında yeraltı suların aşkarlanması üçün istifadə olunub. Bu yerlərdəki şərait Marsdakı şəraitə çox bənzəyir. “ScanMars” adlanan radar yeraltı səthi radiodalğa impulslarının torpağa ötürülməsi və qəbulu vasitəsilə tədqiq edir. Ayrı-ayrı geoloji xüsusiyyətlərə malik sahələr radiodalğalara müxtəlif şəkildə reaksiya verir və əks etdirilən siqnalların köməyi ilə strukturun və yer təkinin sərhədlərinin təsvirini formalaşdırmağa şərait yaradır.

Məlumata görə, radarın sınaqları Marsda gələcək kəşfiyyata hazırlıq üçün nəzərdə tutulan “AMADEE-18” missiyası çərçivəsində aparılıb. Missiyaya müxtəlif elmi sahələrdə (mühəndislik, astrobiologiya, geofizika və s.) aparılan eksperimentlər cəlb edilib. Mütəxəssislər tərəfindən ümumilikdə 1,4 kilometr uzunluğunda və 5 metr dərinliyində 70 minə yaxın radiolokasiya səs siqnalı toplanılıb. Mütəxəssislərin sözlərinə görə, məlumatların keyfiyyəti çox yaxşıdır. Hazırda qurğu suyun mövcudluğunu birmənalı şəkildə müəyyənləşdirə bilməsə də, onun gələcək kosmonavtlara qazıntı işlərinin harada aparılması barədə məlumat verəcək əlamətlərini aşkarlaya bilir. Bu nailiyyət  yaxınlarda Mars səthinin altında maye suyun aşkarlanması ilə əlaqədar böyük aktuallıq kəsb edir. Buna görə də tədqiqatçılar tərəfindən bütün səylər Mars planetinin səthinin analizi üçün istifadə ediləcək metodların hazırlanmasına yönəldiləcək.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.