Azərbaycan cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb - YENİLƏNİB

Azərbaycan cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb - YENİLƏNİB
22 Sent 2018 21:53


Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal qazanıb.

realpress.az-ın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan  üçüncü yer uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.  

17:42

Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

realpress.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. 

O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.

13.34

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

realpress.az xəbər verir ki, bu gün üç idmançımız mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev 1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.

73 kq-da dünya çempionluğuna namizədlərimiz Rüstəm Orucovla Hidayət Heydərov da mübarizəyə qoşulub. Dünya reytinqində II pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonra BƏƏ-ni təmsil edən moldovalı Viktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlı Soqtbaatar Send-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb. 


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.