İran terror aktına görə ABŞ-ı ittiham etdi

İran terror aktına görə ABŞ-ı ittiham etdi
22 Sent 2018 13:57


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İranın Əhvaz şəhərində baş verən və 10-dan çox insanın ölümünə səbəb olan terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır.

Realpress.az bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər yayıb. 

Əhvaz şəhərində terror aktı bu gün səhər saatlarında baş verib. Hərbi parad zamanı naməlum şəxs ətrafdakılara atəş açıb. Hadisə zamanı 11 nəfə ölüb, 20-dən çox insan yaralanıb. 

“Xarici rejimlər tərəfindən maliyyələşdirilən, silahlandırılan və təlim alan terrorçular Əhvazda terror hücumu həyata keçirdilər. Ölənlər arasında uşaq və gənclər də var. Terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır”, - Zərif  “Twitter” hesabında yazıb. 

Nazir əlavə edib ki, İran öz vətəndaşlarını qorumaq üçün cəld və qərarlı şəkildə cavab tədbirləri həyata keçirəcək. 

IRNA agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti Səudiyyə Ərəbistanla əlaqəli olan “Əhvazdakı vətənpərvər ərəb demokratik hərəkatı” öz üzərinə götürüb. 



24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.