Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar- Məlahət Zauru tənqid etdi

Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar- Məlahət Zauru tənqid etdi
22 Sent 2018 12:20

Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “BizimləSən” proqramını tənqid edib. 

Realpress.az-in məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığını vurğulayıb. 

O bildirib ki, aktrisanın efirə çıxarılması düzgün deyil:

“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.

Qeyd edək ki, "BizimləSən" verilişi yeni mövsümə başladığı gündən əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyevanın evinin kreditini ödəmək üçün yardım aksiyasına başlayıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.