Polşa telekanalı prezidentin fotosuna görə əməkdaşını qovdu

Polşa telekanalı prezidentin fotosuna görə əməkdaşını qovdu
22 Sent 2018 11:09


Polşa prezidenti Adcey Dudanın amerikalı həmkarı Donald Trampla strateji əməkdaşlıq haqqında sazişi imzalayarkən çəkdirdiyi foto gülüş hədəfinə çevrilib. 

Realpress.az xəbər verir ki, foto sosial şəbəkə üzrə meceri İvan Şilo tərəfindən “Facebook”da “Soldakı Polşa prezidentidir” başlığı ilə paylaşılıb. 

Polşanın “Belsat” telekanalı heç bir səbəb göstərilmədən yazını yayımlayan əməkdaşını işdən uzaqlaşdırıb. Bununla bağlı İ.Şilo özü məlumat verib. 

“Heç bir danışıq olmadan işdən çıxardılar. Ola bilsin ki, nə vaxtsa bunun haqqında ətraflı yazacam. Ola bilsin ki, yazmayacam”, - jurnalist deyib. 

Foto paylaşıldıqdan sonra Polşa prezidenti sərt tənqid edilib. Şəkildə imzalanma mərasimində Trampın əyləşdiyi, Dudanın isə ayaq üstə yarım əyilmiş vəziyyətdə durması əks olunub. Bildirilib ki, Duda bununla ölkəni və xalqını təhqir edib. Onlar buna misal olaraq Kim Çen In ilə Trampın görüşünün fotosunu göstəriblər. Fotoda hər iki lider bir masa arxasında əyləşib. 


18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

18 Apr 2024
Dünya

Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf

Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub Qütbündə getdikcə daha çox müəmmalı hadisələrlə qarşılaşırlar.