Bugünkü qazandığım ruziyə görə sənə borcluyam - Canlı efirdə təsirli anlar (VİD

Bugünkü qazandığım ruziyə görə sənə borcluyam - Canlı efirdə təsirli anlar (VİD
22 Sent 2018 10:21

Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyeva üçün yardım aksiyası davam edir. 

Realpress.az xəbər verir ki, bu dəfə Tünzalə Əliyevaya dəstək olmaq üçün rəqqasə Fatimə Fətəliyeva gəlib. 

Rəqqasə canlı efirdə etiraf edib ki, bir neçə il əvvəl T. Əliyeva ona dəstək olub:

"Mən bu gün doğrudan da özümə borc bildim, burada olmalıydım. Olmasaydım, ömrümün sonunadək özümü heç vaxt bağışlamazdım. Sən tək mənə yox, çox insanlara əl tutmusan. Tünzalə, bugünkü qazandığım ruziyə görə sənə borcluyam".  

Xatırladaq ki, T. Əliyevaya bu günə qədər bir çox sənət adamları dəstək olub. Onların arasında müğənnilər Xatirə İslam, Roza Zərgərli, Sevda Əliqızı, Bahar Lətifqızı, aktrisalar Ülviyyə Əliyeva, Dilarə Əliyeva və başqalarının adlarını qeyd etmək olar. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.