Qəbul imtahanlarında nələr dəyişəcək - Məleykə Abbaszadə yenilikləri açıqladı - VİDEO

Qəbul imtahanlarında nələr dəyişəcək - Məleykə Abbaszadə yenilikləri açıqladı - VİDEO
22 Sent 2018 09:59

Gələn ildən qəbul imtahanlarında tətbiq olunacaq yeni qaydalara görə balın bir qismi buraxılış imtahanlarında, bir qismi isə qəbul imtahanında toplanaraq cəmlənəcək. Bu imtahanlarda sualların formasında da dəyişikliklər ediləcək.

Realpress.az Sfera.az-a istinadla bildirir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bu il qəbul imtahanlarında müsabiqəyə təqdim edilən yerlərə marağın hansı səviyyədə olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu il təqdim olunan yerlərə qəbul yüksək olub.
Məleykə Abbaszadə, müsabiqədən keçib, ancaq ərizəsini təsdiqləməyi unudan abituriyentlərə də yardım etdiklərini və onların daxil olduqları ixtisasa qəbul edilməsi üçün Dövlət İmtahan Mərkəzinin həmin ali məktəblərə müraciət etdiyini bildirib.
DİM sədri, dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin daha çox hansı kateqoriya üzrə maraq göstərdiyini də açıqlayıb. /xezerxeber.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.