Dostunu iki manat 50 qəpiyə görə bıçaqlayan şəxsə ağır cəza

Dostunu iki manat 50 qəpiyə görə bıçaqlayan şəxsə ağır cəza
21 Sent 2018 15:35


Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Realpress.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. 

Hökmə əsasən, E. Hümbətov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, E. Hümbətov aralarında yaranan münaqişə zəminində dostu Ceyhun Abbasovu bıçaqlayıb. Mübahisə 2.50 qəpik üstündə baş verib.

Belə ki, E. Hümbətovun C. Abbasova 2 manat 50 qəpik borcu olub.

Zərərçəkmiş pulunu tələb etdikdə, onlar arasında mübahisə baş verib və mübahisə qanla nəticələnib. 

Xəstəxanaya yerləşdirilən C.Abbasovun həyatını xilas etmək mümkün olub. 


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.