Ağciyər haqqında bilmədiklərimiz

Ağciyər haqqında bilmədiklərimiz
21 Sent 2018 13:10

Ağ­ci­yə­rin qu­ru­lu­şu­nu nə­zər­dən ke­çir­di­yi­niz za­man ok­si­gen­lə kar­bon­di­ok­si­di qo­vuş­dur­maq üçün plan­laş­dı­rıl­mış qü­sur­suz bir sis­tem­lə qar­şı­la­şa­caq­sı­nız.

Ağ­ci­yə­rin içi­nə hər bi­ri iy­nə ucun­dan da ki­çik olan 300 mil­yon­dan ar­tıq ki­sə­cik (al­ve­ol) yer­ləş­di­ri­lib. Ki­sə­cik­lə­rin hər bi­ri­nin dia­met­ri 0,25 mm qə­dər­dir. Bü­tün bu ki­sə­cik­lə­rin sət­hi­nin ümu­mi sa­hə­si he­sab­la­nan­da or­ta­ya föv­qə­la­də bir rə­qəm çı­xır. Bir in­sa­nın ağ­ci­yə­ri­nin sət­hi­nin sa­hə­si təx­mi­nən 70-100 kvad­rat­metr­dir. Be­lə bir bö­yük sət­hin bu qə­dər ki­çik bir həc­mə sı­ğış­dı­rıl­ma­sı ağ­ci­yər­lər­də­ki qü­sur­suz la­yi­hə­nin nə­ti­cə­si­dir.
Hər də­fə nə­fəs al­dı­ğı­nız za­man hə­min 300 mil­yon ki­sə­ci­yin içi ha­va ilə do­lur. Bu ki­sə­cik­lə­rin da­xi­li sət­hin­də ka­pil­yar­lar var. Ba­lon­lar ha­va ilə do­lan­da ka­pil­yar­lar­da olan qan­da­kı kar­bon­di­ok­sid ha­va­da olan ok­si­gen atom­la­rı ilə ye­ri­ni də­yi­şir.
La­kin hə­min ha­va ki­sə­cik­lə­ri­nin açı­lıb-bağ­lan­ma­sı ilk ba­xış­dan gö­rün­dü­yü ki­mi asan de­yil. İlk də­fə şi­şir­di­lən ba­lo­nu şi­şirt­mək nə qə­dər çə­tin­dir­sə, adi şə­ra­it­də yük­sək bir gə­ril­mə­yə sa­hib olan al­ve­ol­lə­ri şi­şirt­mək də o qə­dər çə­tin­dir. La­kin tə­nəf­füs za­ma­nı heç bir çə­tin­lik çək­mi­rik. Hət­ta al­ve­ol­lə­ri­mi­zin açı­lıb-bağ­lan­ma­sı­nı da hiss et­mi­rik. Çün­ki tə­nəf­füs sis­te­mi­miz ra­hat nə­fəs al­ma­ğı­mı­zı tə­min edən bir qu­ru­lu­şa ma­lik­dir. Hər də­fə nə­fəs alan­da al­ve­ol­lə­rin asan­lıq­la açı­lıb-bağ­lan­ma­sı­nı tə­min edən sis­te­min ol­ma­ma­sı in­san üçün ölüm­cül nə­ti­cə­lər ya­ra­da bi­lə­cək cid­di bir prob­lem­dir.
Müm­kün olan ən yax­şı la­yi­hə hər za­man ol­du­ğu ki­mi ye­nə də in­sa­nın ix­ti­ya­rı­na ve­ril­miş­dir.Ağ­ci­yər­lə­ri­ni­zi əmə­lə gə­ti­rən 300 mil­yon­dan ar­tıq ki­sə­ci­yin ət­ra­fı sur­fak­tant ad­lı bir mad­də ilə əha­tə edi­lib. Sur­fak­tant mad­də­si bu ki­sə­cik­lə­rin açı­lıb-bağ­lan­ma­sı­na kö­mək edir, səth­də­ki gə­ril­mə­lə­ri aşa­ğı sa­lır. Bu mad­də­nin baş­qa bir funk­si­ya­sı isə nə­fəs ve­rər­kən ki­sə­cik­lə­rin ta­ma­mi­lə bo­şal­ma­sı­nın qar­şı­sı­nı al­maq­dır. Hət­ta ən güc­lü şə­kil­də nə­fəs ve­ri­lən­də də ağ­ci­yər­lər­də sur­fak­tant sa­yə­sin­də mü­əy­yən miq­dar­da ha­va qa­lır. Be­lə­lik­lə, al­ve­ol ət­ra­fın­da do­la­şan qan hə­mi­şə ha­va ilə tə­mas­da olub or­qa­niz­min bü­tün hü­cey­rə­lə­ri­nə ni­zam­lı şə­kil­də ok­si­gen çat­dı­rır.
Sur­fak­tant al­ve­ol­lə­rin sət­hin­də olan xü­su­si bir hü­cey­rə qru­pu (II tibb qra­nul­yar pro­mo­sit­lər) tə­rə­fin­dən sin­tez edi­lir. Or­qa­niz­min ağ­ci­yər­dən baş­qa heç bir his­sə­sin­də ol­ma­yan bu hü­cey­rə­lər sa­yə­sin­də ra­hat­lıq­la nə­fəs ala bi­li­rik.
Bu mad­də­nin mü­hüm xü­su­siy­yət­lə­rin­dən bi­ri də onun kör­pə do­ğul­maz­dan tam bir ay əv­vəl ha­zır­lan­ma­sı­dır. Hadisənin mö­cü­zə­vi tə­rə­fi də elə bu­ra­dan baş­la­yır. Ana bət­nin­də olar­kən ağ­ci­yə­rin­dən is­ti­fa­də et­mə­yən kör­pə ne­cə olur ki, ba­yır­da nə­fəs alar­kən be­lə bir çə­tin­lik­lə qar­şı­la­şa­ca­ğı­nı dü­şü­nüb bu mad­də­ni ha­zır­la­ma­ğa eh­ti­yac du­yur? Kör­pə sur­fak­tan­tın ağ­ci­yə­rin­də­ki ki­sə­cik­lə­rə kö­mək edə bi­lə­cə­yi­ni ha­ra­dan bi­lir? Bu mad­də­nin ki­sə­cik­lə­rin sət­hin­də­ki gə­ril­mə­ni ne­cə aşa­ğı sa­la­ca­ğı­nı kim­ya­ya da­ir han­sı bi­lik­lə eh­ti­mal edir? Bu mad­də­nin yox­lu­ğu kör­pə­nin çox qı­sa bir müd­dət­də öl­mə­si ilə nə­ti­cə­lə­nər. Bu ha­zır­lıq gö­rül­mə­di­yi za­man, yə­ni sur­fak­tant ha­zır­lan­ma­sı ki­fa­yət qə­dər ol­ma­dı­ğı müs­təs­na hal­lar­da bu və­ziy­yət mə­sə­lən, kör­pə­lər­də ok­si­gen ça­tış­maz­lı­ğı­na sə­bəb olur.
İn­san or­qa­niz­mi­nin hər bir nöq­tə­sin­də rast gə­li­nən bu həs­sas ta­raz­lıq can­lı­la­rın ya­ra­dı­lış­la­rın­da­kı ide­al qu­ru­lu­şun mü­hüm nü­mu­nə­si­dir. Son­suz qüv­və sa­hi­bi olan Uca və Qa­dir Al­lah hər bir can­lı üçün mi­sil­siz la­yi­hə­lər ya­ra­dıb. Bü­tün bun­la­rı öy­rə­nə­rək Rəb­bi­ni ta­nı­maq məq­sə­di­lə bir ad­dım da atan in­sa­nın və­zi­fə­si isə Al­la­hın uca­lı­ğı­nı la­zı­mın­ca qiy­mət­lən­di­rib təq­dir et­mək və On­dan la­zı­mın­ca qorx­maq­dır:
"Si­zə is­tə­di­yi­niz şey­lə­rin ha­mı­sın­dan ver­miş­dir. Əgər Al­la­hın ne­mət­lə­ri­ni sa­ya­caq ol­sa­nız, sa­yıb qur­ta­ra bil­məz­si­niz. Hə­qi­qə­tən, in­san çox za­lim, həm də çox nan­kor­dur" ("İb­ra­him" su­rə­si, 34).

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.