Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20 Sent 2018 20:20


İctimai Televiziyanın efirində “Radius” hərbi-analitik proqramının ilk verilişi efir üzü görüb.

realpress.az-ın məlumatında görə, ilk efirdə xüsusi reportaj hazırlanıb.

Reportaj Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hazırlıq mərkəzinə həsr edilib.

Hərbi idarəçilikdə qarşıya qoyulan məqsədlərə çatmaq xüsusi mürəkkəbliyi ilə fərqlənən döyüş şəraitini nəzərdə tutur. Buraya düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya və axtarış-xilasetmə əməliyyatları, eyni zamanda, antiterror xarakterli əməliyyatlar aid edilir.

Bu qəbildən olan xüsusi xarakterli döyüş öz mürəkkəbliyi ilə xüsusi bacarıq və təchizat tələb edir.

Qeyd olunan zərurət İkinci Dünya Müharibəsindən sonrakı iri və nisbətən daha kiçikmiqyaslı münaqişələrdə hərb sənəti təkamülünün ayrılmaz hissəsi kimi özünü qabarıq şəkildə büruzə verib.

1960-cı illərdən etibarən həm NATO ölkələrində, həm Sovet İttifaqında müxtəlif xüsusi təyinatlı dəstələrin, o cümlədən sualtı hücum və müdafiə dəstələrin sürətli inkişafı və təkmilləşdirilməsi dövrü başlanır.

Sualtı hücum və müdafiə dəstələrinin hazırlıq proqramları müxtəlif ölkələrdə öz xüsusiliyi ilə seçilsə də, əsasən, oxşardır. Kursantın fiziki, zehni və mənəvi cəhətdən həyatda qalması, kəşfiyyat və döyüş bacarıqlarının maksimuma çatdıraraq, onu hər əmrə tabe olan mükəmməl bir “ölüm maşını”na çevirmək məqsədi güdür.

Məhz bu səbəbdən digər ölkələrdəki kimi, Azərbaycanda da zabit və gizirlərdən təşkil olunan sualtı hücum və müdafiə dəstələri Silahlı Qüvvələrin “elitasının elitası” sayılır. 

Gələcək kursantlar yalnız müddətdən artıq hərbi xidmət keçmiş gənclər arasında seçilir. Təlim prosesi təxminən əlli həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlayır. Bu hazırlıqların təməlində isə “cəhənnəm həftəsi” adlanan və həddindən artıq çətin bir sınaq durur.

“Cəhənnəm həftəsi” fiziki hazırlıq cəhətdən xüsusi çətinliyi ilə fərqlənir, gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Məhz bu səbəbdən ilkin hazırlıq prosesində gələcək kursantların sayı əlli nəfərə yaxın olsa da, “cəhənnəm həftəsi”ndən sonra əsas təlim kursuna yalnız yeddi-səkkiz nəfər qalır. 

Təlim prosesində tətbiq olunan fiziki hazırlıq proqramı qısa müddət ərzində kursantların fiziki güc və dözümlülük imkanlarının maksimal həddə çatdırılmasını təmin edir.

Məşğələlərin strukturu elə qurulub ki, gələcəyin xüsusi təyinatlısı qələbənin kollektivin gücü olduğunu adi şüur səviyyəsində qavrayır.

Fiziki hazırlıqdan başqa, kursantların stressə dözümlülüyünə xüsusi diqqət yetirilir. Stressə dözümlülük gündəlik həyatda yuxu, yemək, istirahət, ünsiyyət, müstəqillikdən məhrumiyyət vasitəsilə inkişaf etdirilir.

Sualtı hücum və müdafiə dəstəsinin gələcək döyüşçüləri suda ekstremal şəraitdə həyatda qalmaq və döyüş aparmaq bacarıqlarını mənimsəyirlər.

Qeyd olunduğu kimi, sualtı hücum və müdafiə dəstələri düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya, axtarış-xilasetmə əməliyyatları və antiterror xarakterli əməliyyatlarda ixtisaslaşırlar. Belə əməliyyatlar yalnız suda deyil, quruda, dağlarda, meşələrdə, səhrada, şəhər və qəsəbə şəraitində də aparıla bilər.

Sualtı hücum və müdafiə dəstələrinin döyüşçülərindən hava desantı kimi də istifadə olunmasının mümkünlüyünü təmin etmək məqsədilə təlim prosesində paraşütlə tullanma bacarıqlarına xüsusi diqqət yetirilir.

Həmin süjeti sizə təqdim edirik:


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.