Koçaryan Paşinyanı Qarabağla bağlı sərt fikrinə görə tənqid etdi

Koçaryan Paşinyanı Qarabağla bağlı sərt fikrinə görə tənqid etdi
19 Sent 2018 16:31


Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində gərginliyin artmasına səbəb olacaq. 

Realpress.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib. 

Koçaryan Paşinyanı Yerevanın baş meydanında Qarabağla bağlı səsləndirdiyi sərt fikirlərə görə tənqid edib. 

“Mən Qarabağın prezidenti (qondarma respublikanın rəhbəri - red.) olan zaman Qarabağla bağlı uzun müddət danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən daha yaxşıdır. Söhbət kütlənin populist şüar kimi qəbul edəcəyi fikirlərdən getmir”, - Ermənistanın sabiq prezidenti deyib. 

Onun sözlərinə görə, Yerevan təmas xəttində gərginliyi azaldacaq məsuliyyət siyasət aparmalıdır. Bununla yanaşı, mövqeləri əldən vermək olmaz. 

“Bu, mitinqlərdə müzakirə predmeti ola biləcək mövzu deyil. Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində gərginliyin artmasına səbəb olacaq. Bundan imtina etmək lazımdır”, - Koçaryan əlavə edib. 

Ermənistanın sabiq prezidenti bir faktı diqqətə çatdırıb ki, bu fikirləri orduda xidmət etməyən və təmas xəttində olmayan şəxs deyir. 

Koçaryan qeyd edib ki, böyük siyasətə qayıdır. Sabiq hakim partiya olan Respulikanı dəstəkləyəcəyi və ya yeni partiya yaradacağı sualına isə siyasətçi cavab verməkdə çətinlik çəkib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.