Fikrət Qocanın oğlunu öldürənlər yenidən məhkəmə qarşısında

Fikrət Qocanın oğlunu öldürənlər yenidən məhkəmə qarşısında
18 Sent 2018 10:16


Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən kasasiya protesti, müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb. 

Realpress.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara görə, prokurorun Elnur Nəhmətovun barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib. Elnur Nəhmətovun vəkilinin də şikayəti təmin olunmayıb.

Elnur Nəhmətovun vəkili kasasiya şikayətində qeyd edib ki, müvəkkilinin əməlində Cinayət Məcəlləsinin 124.1 və 221.2.1-ci maddələrinin tərkibi yoxdur, həmin maddələr üzrə ona bəraət verilməlidir. 

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxslərin vəkillərinin apellyasiya şikayətlərinin heç biri təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.