Xalq artisti Türk ordusuna Bismillah dedi

Xalq artisti Türk ordusuna Bismillah dedi
18 2018 08:54


Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə Türkiyənin “TRT Avaz” telekanalında proqram yayımlanıb.

Realpress.az-ın xəbərinə görə, proqram ölkəmizdə “İctimai” Televiziya vasitəsilə izlənilib.

Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Prezident Simfonik Orkestri (dirijor, Xalq artisti Yalçın Adıgözəlov) və TRT Dövlət Xorunun (bədii rəhbər Xalq artisti Elnarə Kərimova) müşayiəti ilə iki qardaş ölkənin solistləri tanınmış bəstəkarların əsərlərini ifa ediblər.

Belə ki, konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Çırpınırdı Qara dəniz”, Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoğlunun “Şükriyyəm”, Muammer Sunun “Sakarya marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin “Türk Ordusuna” və “Bismillah” əsərləri səsləndirilib. Təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Səid Ordubadiyə məxsusdur.

Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün çıxışları konsertə rəng qatıb.

Qeyd edək ki, konsertdə Xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış iki əsəri - “Türk ordusuna” və “Bismillah” həm premyera, həm də məxsusi kompozisiya kimi xüsusi rəğbətlə qarşılanıb.

Bu barədə fikirlərini bölüşən Aygün Səmədzadə mətbuata açıqlamasında deyib ki, belə bir möhtəşəm tədbirdə iştirak etməkdən olduqca məmnundur.

“Cümhuriyyətin 100 illiyi ilə bağlı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduğuma, tariximizin hər bir qürur səhifəsinə azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram.

Əsərlərimin bu sanballı sıralamada yer aldığına görə mənimlə bərabər sevinənlərə, sənətimlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram.

Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdığımız bütün tanınmış sənət adamlarına, başda maestro Xalq artisti Yalçın Adıgözəlov olmaqla, Xalq artisti Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləri ilə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara təşəkkürümü bildirirəm.

Layihələrdə bərabər çalışdığımız və əsərlərin ilkin versiyalarının təqdimatında iştirak edən Əvəz Muradova, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm”, - deyə A.Səmədzadə deyib.


15 Okt 2018
Mədəniyyət

Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq

Oktyabrın 16-da Bakı Kitab Mərkəzində Xalq yazıçısı, ədəbiyyatşünas, dramaturq Elçin Əfəndiyevlə görüş təşkil olunacaq.

13 Okt 2018
Mədəniyyət

Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda təmsil olunacaq

Oktyabrın 17-19-da Çinin paytaxtı Pekində 5-ci Tayhu Dünya Mədəniyyət Forumu keçiriləcək.

11 Okt 2018
Mədəniyyət

Bakıda beynəlxalq dərəcəli fotoqrafın sərgisi açılacaq

Oktyabrın 19-dan 21-dək Bakıda “Qalereya 1969”da “Photo magic of stars” fotosərgi açılacaq və “Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək.

10 Okt 2018
Mədəniyyət

Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq

Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.