Sağlam ürək üçün 10 misilsiz məsləhət

Sağlam ürək üçün 10 misilsiz məsləhət
17 Sent 2018 10:47

Sağlam bir ürək üçün ilk növbədə nə yediyimizə diqqət etməliyik.

İslaminsesi.info ürək sağlamlığı üçün 10 misilsiz  məsləhəti təqdim edir.

1. 2017-ci ildə mütləq siqareti buraxın. Ağciyərləri çox mənfi şəkildə təsirə məruz qoyan siqaret ürək üçün həddindən artıq problem yarada bilir. İlk növbədə ürək əməliyyatı keçirmiş şəxslər siqaretdən uzaq durmalıdırlar.

2. Hərəkətli həyat sürün! Hərəkətsiz həyat yalnız ürəyi deyil, insanın bütün vücuduna təsir edə bilir. Əgər passiv həyat sürürsünüzsə lift əvəzinə pillələri çıxa bilərsiniz. Ya da iş yerinizə bir dayanacaq qalmış düşüb piyada gedə bilərsiniz. Bu sizin həyatınızı hərəkətləndirər. Həftədə ən azı 3 dəfə 1 saat və ya 45 dəqiqə olmaqla piyada gəzin.

3. Ürəyinizin necə işlədiyini yoxlayın! Əgər uzun zamandır ürəyinizi yoxlatdırmırsınızsa bu il bunu mütləq edin.

4. Ürəyinizin yaşını öyrənin və gənc qalmasının qayğısına qalın! Belə ki, siqaret damar yaşını 15, imtahan stresi 5, piylənmə isə 30 yaş artıra bilir. 7-8 yaşlarında aşırı kök uşağın damar yaşı ən azı 28-dir.

5. Bel ölçünüzü və bədən kütləsinin indeksini nəzarətdə saxlayın! Bədən yağlarının xüsusilə qarın çevrəsində toplanması ürək-damar xəstəlikləri riskini artırır. Qarın çevrəsi kişilərdə 94 sm, qadınlarda isə 80 sm olmalıdır. Əgər bu ölçü kişilərdə 104 sm, qadınlarda 88 sm olarsa təcili arıqlamaq lazımdır. Bədən kütlə indeksi isə 30-dan aşağı olmalıdır. Bunun üçün sürətli arıqlamaq olmaz. Sağlam arıqlamaq və sağlam dieta çox əhəmiyyətlidir.

6. Qidalanma rejiminizi həm rəngləndirin, həm də çeşidli edin! Qidalanma yalnız göyərti və ya protein istiqamətli olmamalıdır. Gün ərzində müxtəlif qidalar alınmalıdır. Ən azından gündə 1 yumurta yeyilməlidir. Günlük qida qəbulunda 2500 kalori aşılmamalıdır.

7. Ürəyiniz üçün riskli olan idman növlərindən yayının! İdman ürəyə xeyirdir prinsipi hər zaman işə yaramır. Xüsusilə illərlə idman etməmiş birinin 40 yaşdan sonra idmana başlaması fəlakət ola bilər. Ona görə də idmana da ehtiyatla yanaşılmalıdır. İdman edərkən nəbz 120-dən çox olmamalıdır.

8. Həyat  ritminizi yavaşladın! Kədərli hadisələrdən mümkün qədər uzaqlaşın. Sakit, daha rahat bir həyat sürün. Əgər həyatınızdakı problemlərlə öhdəsindən gələ bilmirsinizsə, onda həyatınızla barışın. Sürətli yaşamaqdan vaz keçin.

9. İşinizə bağlanın! İşləyən insanlar günün ən əhəmiyyətli saatlarını iş yerlərində keçirirlər. Əgər sevdiyiniz işi edirsinizsə bu sizə həddindən artıq müsbət təsir göstərəcək. İşə yalnız pul qazanmaq gözü ilə baxılmamalıdır. Ofisdə xoşbəxtlik və aram olmalıdır. Nəzarətsiz rəqabət və mübahisə olmmalıdır. Ofisdə həddindən artıq qəhvə içilməməlidir. Gənclərə həddindən artıq məsuliyyətin yüklənməsi ürək xəstəlikləri riskini artırır.

10. Sevgi dolu olun! Sevmək ürəyə xeyir verən endorfin hormonu verir. Sevgi dolu həyat insana ürək sağlamlığı gətirir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.