Lənkəranskinin "qardaşı"nın yeni görüntüləri yayıldı - Məşhur "qanuni oğru ilə danışır - VİDEO

Lənkəranskinin "qardaşı"nın yeni görüntüləri yayıldı - Məşhur "qanuni oğru ilə danışır - VİDEO
16 Sent 2018 10:10

2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi sayılan çeçen əsilli kriminal avtoritet “Şeyx Xəmzət”in yeni görüntüləri yayılıb.

Realpress.az yenicag.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə Xəmzət Qastəmirov həmyerlisi, çeçen “oğru”ların ağsaqqalı sayılan Aziz Batukaevlə canlı bağlantı qurur.

Kadrlardan göründüyü qədəri ilə Batukaev Qastəmirovla yeni veriləcək “proqon”u müzakirə edir. Aziz Batukaev həbsxanalara “proqon” göndərəcəyini bildirir. Rövşən Lənkəranskinin mənəvi qardaşı sayılan “Şeyx Xəmzət” isə öz növbəsində Batukaevə bildirir ki, “proqon”da yalnız hörmətli “oğru”ların adı olmalıdır.

Xatırladaq ki, Avropa kassasının nəzarətçisi olan Qastəmirov getdikcə həm əhatəsini, həm də gücünü artırır. İnanılmaz sərvətə sahib olan “Şeyx Xəmzət” indiki durumda düşmənləri üçün ciddi rəqibə çevrildiyini desək, yanılmarıq. Hər halda Batukaevin Qastəmirovla məsləhətləşməsini də bunun göstəricisi kimi hesab etmək olar.

Qeyd edək ki, “proqon” “oğru”ların verdiyi qərarın kütləyə çatdırılmasıdır.



21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.