Vanessa Sarçet: Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə güclü təsir bağışladı VİDEO

Vanessa Sarçet: Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə güclü təsir bağışladı VİDEO
16 Sent 2018 07:50

Bu gün Azərbaycanın paytaxtında Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

Konfransın iştirakçısı, ASCO nümayəndəsi Vanessa Sarçet AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib: “Dünən biz MOM-un Uşaq Onkologiya Klinikasına, şüa terapiyası, reanimasiya və intensiv terapiya bölmələrinə baş çəkdik, xəstələrin müalicəsi üçün tətbiq edilən müasir avadanlıqla tanış olduq, müalicə proseslərini müşahidə etdik. Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə həqiqətən güclü təsir bağışladı. Belə ki, Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub. Burada gördüklərimiz belə güman etməyə əsas verir ki, Azərbaycan hökuməti ölkədə səhiyyə sahəsinə sanballı sərmayə qoyur, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi isə dünyanın aparıcı onkologiya mərkəzləri ilə müqayisə edilə bilər”.

Vanessa Sarçet daha sonra deyib: “Bizə verilən məlumata görə, Milli Onkologiya Mərkəzi son illərdə dünyanın aparıcı onkologiya mərkəzləri ilə, habelə onkoloji xəstələrin müalicəsi üçün zəruri olan ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Məsələn, 2015-ci ilin noyabrında Azərbaycan MOM ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən MOM-un mütəxəssisləri Amerika Onkoloji Mərkəzindən olan həmkarları ilə birgə elmi araşdırmalar və klinik tədqiqatlar aparırlar. ASCO nümayəndələri MOM-da aparılan tədqiqatlarla tanış olaraq yəqin ediblər ki, burada çox mürəkkəb cərrahiyyə əməliyyatları, habelə ciddi elmi axtarışlar aparılır. ASCO nümayəndələri Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq niyyətində olduqlarını bildiriblər”.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.