Arzu Əliyeva Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamında iştirak edib - FOTO

Arzu Əliyeva Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamında iştirak edib - FOTO
15 Sent 2018 11:21

Sentyabrın 14-də Bakı Media Mərkəzi "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.

Realpress.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, "Bakcell" şirkətinin sponsorluğu ilə baş tumuş tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaq idi.

Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin səlnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizim dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.

Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjimanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış video-kontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu", "Əbədi ezamiyyət", "Multikulturalizm İli"nə həsr olunmuş "Bir günəş altında", Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Son iclas" və digər filmlər yer alır.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, Linkedin, Instagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.