Ekspert: Bakıda kirayə evlərin qiyməti qalxıb

Ekspert: Bakıda kirayə evlərin qiyməti qalxıb
14 Sent 2018 17:40


Bakının kirayə mənzil bazarı sentyabr ayının gəlişi ilə canlanıb. Bazarda tələb artıb, bu da qiymətlərə təsir edib. Belə ki, hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350 manatdan başlayaraq, 3000 manata qədər yüksəlir. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev realpress.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarına təsir edən iki amil var.

Birincisi, mənzillərin keyfiyyəti, ikincisi yerləşdiyi ərazidir:

“Şəhərin mərkəzindəki yüksək keyfiyyətli binalarda kirayə qiymətləri bahadır. Minimal və maksimal kirayə qiymətləri arasındakı fərq fantastikdir. Şəhər kənarında aşağı şəraitə sahib mənzilin kvadratmetrinin kirayə haqqı üç manat təşkil edirsə, şəhərin mərkəzində bir kvadratmetrin dəyəri 20 manatı ötür.

Hazırda ən aktiv seqment kirayə haqlarının ucuz olduğu mənzillərdir. Məsələn, bir-iki otaqlı mənzillərin qiymətləri münasibdir. Bu səbəbdən belə mənzillərə bazarda tələbat çoxdur”. 

O ki qaldı qiymətlərə, ekspert deyir ki, şəhərin mərkəzinə yaxın ərazilərdə orta qiymət 250 manatdan başlayır. Onun sözlərinə görə, ötən ilə nisbətdə qiymətlərdə artım var:

“Bu da səbəbsiz deyil. Hazırda bazarda tələbin artmasına təkcə tələbələrin şəhərə gəlməsi deyil, söküntü işləri də təsir edib. Belə ki, vətəndaşlar sökülən evlərdən kirayə mənzillərə köçürülür.

Bundan əlavə, sökülən evlərin çoxu elə ucuz mənzil kateqoriyasına aid idi. Bu mənzillər  bazardan çıxıb”. 

R.Əliyev deyir ki, qiymət artımı tələbatın yüksək olduğu 1-2 otaqlı, orta təmirli mənzillərdə baş verib. Lüks mənzillərdə və binalarda kirayə haqları dəyişməz qalıb. 

Rieltorlar isə bildirirlər ki, bəzi ərazilərdə söküntü işləri təklif portfelində yeni tikililərin çoxalmasına səbəb olub: 

“Yeni tikililərdə mənzillər təmirli olduğundan qiymətləri yüksəkdir. O cümlədən, bu binalarda kvadratmetr də böyükdür”.

Öyrəndik ki, yeni tikilidə ikiotaqlı mənzilin aylıq kirayəsi 400 manatdan başlayır. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.