Qarabağın legioneri: Çox əsəbiyəm

Qarabağın legioneri: Çox əsəbiyəm
12 Sent 2018 12:42


Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

Realpress.az xəbər verir ki, komanda bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

UEFA Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətləri edən zaman zədə alan Slavçevin durumuna tam aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu, o deməkdir ki, o, 2014-2018-ci illərdə müqavilə ilə məxsus olduğu Portuqaliyanın “Sportinq” komandasına qarşı oynaya bilməyəcək. Futbolçu özü bu barədə deyib: 

“Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı. Bu zədəyə görə iki həftə oynamayacağam. Çox əsəbiyəm, çünki “Sportinq”lə qarşılaşmada komandama kömək edə bilməyəcəyəm”.

Qeyd edək ki, yay transfer dönəmində “Qarabağ”a keçmiş Simeon Slavçev sentyabrın 6-da Bolqarıstanın Sloveniya ilə görüşündə (2:1) doxsan dəqiqə forma geyinmişdi. O, həmin matçın əllinci dəqiqəsində sarı vərəqə almışdı.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.