Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi ilə bağlı qərar verib.
Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın 4.2-ci bəndi ləğv edilib.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.