Süd vəzi kistaları. Müalicəyə ehtiyac varmı?

Süd vəzi kistaları. Müalicəyə ehtiyac varmı?
05 Sent 2018 16:40

Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan "torba"ladır.

Bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.

Süd vəzisi kistaları qadınların ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olur. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlaşır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlayır və döşlərdə genişlənmiş süd vəzisi və kanallar normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibrokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.

Kistalar bəzən çox miqdarda ola bilər, buna bütün dünyada fibrokistik toxuma dəyişiklikləri (fibrokistik mastopatiya) deyilir, çünkü bir xəstəlik olaraq qəbul edilməməlidir. Xəstəlik olaraq qəbul edilmədiyinə görə də müəyyən bir müalicəsi də yoxdur. Əgər xəstədə aybaşından əvvəlki dövrdə ağrılar olsa, bunun üçün simptomatik müalicə həyata keçirilə bilər.

Süd vəzisindəki kistalar özü-özünə yox ola bilirlər və/və ya hər aybaşı dövründə yeniləri çıxa bilər. Bəzən süd vəzisindəki kistalar yox olmayaraq böyüməyə davam edə bilərlər, bir pinq-ponq topunun ölçülərinə qədər gələ bilər: makrokista. Makrokistalar da zərərli deyildir, sadəcə ağrı verə bilər. Makrokistalar xəstəyə rahatsızlıq verdiyi hallarda, sadə bir şpris ilə bu makrokistaların içi boşaldılır.

Süd vəzisindəki kistalar şişlər ilə qarışmaz, şişlər və xərçəngə çevrilməz, xəstə üçün həyat təhlükəsi yaratmazlar. Sadə bir ultrasəs müayinəsi ilə 100% dəqiq diaqnoz qoyula bilər. Süd vəzisi kistaları zamanı, hər hansı bir cərrahi müalicəyə ehtiyac yoxdur.

Bəzi kistaların müəyyən vaxt ərzində içindəki maye azalır və qatı çöküntülər ortaya çıxa bilir. Belə kistalara komplikasiyalı kistalar deyilir. İçi qatı hala dönən bu komplikasiyalı kistaların bəzən tez-tez müayinəsinə və çox nadir hallarda isə histopatoloji analizə ehtiyac ola bilər.

Süd vəzisinin sadə kistaları, yəni fibrokistalar, və ya fibrokistik mastopatiya süd vəzisinin ən xoşxassəli hallarındandır, sadəcə ağrı verə bilər. Ancaq ağrı və ya kistalar olduğu zaman döş əməliyyatlarına ehtiyac yoxdur.

Mənbə: sudvezixercengi.com

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.