Yüksək təzyiqi aşağı salır, immuniteti qoruyur... - AYRANIN BİLMƏDİYİNİZ FAYDALARI

Yüksək təzyiqi aşağı salır, immuniteti qoruyur... - AYRANIN BİLMƏDİYİNİZ FAYDALARI
03 Sent 2018 09:13

Azərbaycan mətbəxinin ən qədim və sevilən içkilərindən biri də ayrandır. Xüsusilə də yay aylarında yeməklərin yanında ayran içməyin ayrı bir ləzzəti var. Ayran dadlı içki olmaqla yanaşı insan orqanizminə inanılmaz faydaları ilə də seçilir. Realpress.az ailem.az-a istinadən ayranın faydalarını sadalayır.

Ayranın tərkibində kalsium, potasium və proteindən başqa A, B12, D, B2 və B6 vitaminləri var.

Tərkibində olan qatıq bakteriyalarının sayəsində ayran bədən üçün son dərəcə əhəmiyyətli bir qida vəzifəsindədir. Heç bir mənfi təsiri yoxdur, əksinə sağlamlığa olduqca faydası var.

Bədəndə çatışmadıqda başda depressiya olmaqla bir çox xəstəliyə səbəb olan B vitamini ayranın tərkibində bol miqdarda var. B vitaminləri stress simptomlarını azaldır və beynin seratonin hormonu ifrazını təmin edir.

Ayran elektrolit baxımından da son dərəcə zəngindir və bağırsaq florasının stabilliyini artıraraq düzənləyir.

Həzm sistemini tənzimləyən və bədənin maye axımını balanslaşdıran ayran, bunun yanında normal qan təzyiqini təmin etmək üçün lazım olan potasiumu da bədən üçün təmin edir.

Sümük əriməsi riskini böyük ölçüdə azaldır.

Xərçəngə, allergiyaya, qastritə, iltihablanmaya qarşı qoruma təmin edir. Tərkibində olan maqnezium, kalsium və potasium sayəsində yüksək təzyiqi aşağı salır.

Əzələ, sümük, sinir və immunitet sistemini qoruyur. Uşaq və böyüklərin sağlamlığını gücləndirir.

Həmçinin, ayran triptofan tərkibi sayəsində sakitləşdirici təsirə sahibdir. 

Ayran həm toxluq hissi verir, həm də metabolizmanı sürətləndirir.

İnfeksiyalardan qoruyur.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.