Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər
30 Avq 2018 16:51

Sentyabrın 1-2-də Gürcüstanda Cənubi Qafqaz ölkələrindən, eləcə də İran, ABŞ, Polşa və Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” beynəlxalq musiqi festivalı keçiriləcək. Beşinci dəfədir təşkil olunan festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit və təhlükəsiz bölgə yaratmaqdır.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, festival bu il azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndində keçiriləcək. Ötən il isə Marneuli rayonunun Tserakvi kəndində təşkil olunub.

Azərbaycanı festivalda “Eurovision-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edəcək. Onu DiHaj elektron musiqi qrupu və H3Collectiv qrupu müşayiət edəcək.

Festival çərçivəsində xalq sənəti nümunələrinin yarmarkası, filmlərin nümayişi və mövzu üzrə seminarların təşkili də nəzərdə tutulur.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.