Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək
29 Avq 2018 17:34

Oktyabrın 25-dən 27-dək Azərbaycan Xalça Muzeyinin ev sahibliyi ilə Bakıda keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda “Türk dünyasının ortaq dili – naxışlar” III Beynəlxalq Simpoziumuna ABŞ, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, simpoziumun dünyaca məşhur qonaqlarından biri Mərkəzi Asiyanın qadın ayin və mərasimləri ilə bağlı tekstil ənənələrini araşdıran tanınmış amerikalı rəssam və müstəqil tədqiqatçı Kristin Martens (Nyu-York) olacaq. O, “Sincanda uyğur keçəsi nümunələri: naxışlar, texnika və rituallar” mövzusunda məruzə ilə çıxış edəcək. Sənət nəzəriyyəçisi kimi Kristin Martens Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Monqolustanda çoxsaylı təcrübə proqramlarının təşkilatçısıdır. O, bu layihələri Fulbrayt təqaüd proqramı (Fulbright Scholar), fəaliyyət sahəsinə gender təhsili proqramlarının da daxil olduğu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) xətti əsasında və Asiya Mədəniyyət Şurasının qrant alıcısı kimi reallaşdırıb.

Qeyd edək ki, beynəlxalq simpoziumun təşkilatçıları Azərbaycanın Mədəniyyət Nazirliyi və Xalça Muzeyidir. Simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq.

Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və “fashion show” təşkil olunacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.