Alimlər bioprinterdə insan damarları çap ediblər

Alimlər bioprinterdə insan damarları çap ediblər
29 Avq 2018 17:22

ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.

AZƏRTAC “MEDdaily” saytına istinadla xəbər verir ki, alimlər bədəndə boruşəkilli strukturları əvəzləyə bilsələr artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq. Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır.

Tədqiqat zamanı alimlər insan hüceyrələrinin çoxalması üçün onları hidrogellə qarışdırıblar. Printer üç qata malik boruşəkilli strukturların çapına köklənib. Çap olunmuş boruşəkilli strukturların mayelərlə qida maddələrini daşımaq qabiliyyəti yoxlanılıb. Sınaqlar müvəffəqiyyətlə başa çatıb.

Realpress.az

22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.