Ən yüksək bal toplayan müəllimlərin adları açıqlandı — SİYAHI

Ən yüksək bal toplayan müəllimlərin adları açıqlandı — SİYAHI
27 Avq 2018 16:08

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb.

Nazirlikdən Realpress.az-a verilən məlumata görə, bir müəllim ən yüksək bal - 60 bal toplayıb. 

Beş müəllimin balı isə 58-59 arasında olub. 

Bildirilib ki, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir.

Ən yüksək bal toplayan müəllimlərin siyahısını təqdim edirik: 

Günay Allahverdiyeva - Bakı şəhəri 166 nömrəli tam orta məktəb - 60 bal. İdris Abıyev - Bakı şəhəri 102 nömrəli tam orta məktəb - 59 bal. Aytac Ziyadxanlı - İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb - 59 bal. Şahin Hüseynov - Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb - 58 bal. Nuranə Abbasova - Bakı şəhəri 44 nömrəli tam orta məktəb - 58 bal. Elmar Abbaslı - Gəncə şəhəri 10 nömrəli tam orta məktəb - 58 bal. 


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.