Azərbaycanlı turistlərin ən sevimli ölkələri - TOP-5

Azərbaycanlı turistlərin ən sevimli ölkələri - TOP-5
24 Avq 2018 15:02


İstirahət etməyi hər kəs sevir. Burada yeganə sual istirahət günlərini harada və necə keçirməklə bağlıdır.

Bəs azərbaycanlı turistlər ən çox harada istirahət etməyi sevir?

realpress.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadla Azərbaycan vətəndaşlarının ötən il ən çox getdiyi ölkələrin “TOP-5”-liyini təqdim edir:

Beşinci yerdə ekspertlər üçün gözlənilməz olan Ukrayna qərarlaşıb (çoxları düşünürdü ki, bu ölkəyə turist axını daha çox olacaq) – 1071 nəfər. 

Rusiya bizim reytinqdə dördüncü yerdə qərarlaşıb – 2017-ci ildə bu ölkəyə Azərbaycandan 5077 nəfər istirahət məqsədilə gedib. Yeri gəlmişkən, bu statistikanın 2014-cü ildə qeydə alınmış rəqəmlə müqayisə etsək, görərik ki, Rusiyada istirahət etmək istəyən azərbaycanlıların sayı kifayət qədər azalıb. Qeyd edək ki, 2014-cü ildə bu rəqəm 11 181 nəfər təşkil edib. 

İlk üçlüyü Birləşmiş Ərəb Əmirlikləri açır. Ötən ilin nəticələrinə görə, bu ölkəyə 5332 azərbaycanlı turist gedib. 

İkinci yeri qonşu İran tutub. 2017-ci ildə İrana gedən azərbaycanlı turistlərin sayı 5568 olub. 2014-cü ildə bu rəqəm 2513 idi. 

Hətta statistikasız istənilən azərbaycanlı bilir ki, istirahət üçün ən əlverişli ölkə Türkiyədir. Ötən ilin göstəricilərinə görə, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 22 461 nəfər olub. 

Qeyd edək ki, materialda yalnız turizm şirkətlərinin və agentliklərin xidmətlərindən istifadə edən Azərbaycan vətəndaşları nəzərə alınıb. 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.