Təranə Qumral:Musa köhnə kişidir, ona görə də...— MÜSAHİBƏ

Təranə Qumral:Musa köhnə kişidir, ona görə də...— MÜSAHİBƏ
20 Avq 2018 16:08

Realpress.az istinadla bildirir ki,"Ölkə.Az" saytının növbəti qonağı tanınmış müğənni Təranə Qumraldır.

Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk.

- Təranə xanım, hardan başladınız, hara gəldiniz?

- Gəldiyimiz nöqtə gərgin bir nöqtədir. İşlər gərgin, vəziyyət çətin, problemlərimiz çox... Yaşımıza görə yaşayırıq. Nə gəncik, nə qocayıq. Orta yaşdayıq. Şükür Allaha övladlarımızı böyütmüşük, gözəl ailələri var, xoşbəxtdirlər. İkisinin də ailəsi var. İkisi də ali təhsillidir, birinci qızım diplomatdır, ikinci qızım həkimdir. Üçüncü qızım isə hələ evdədir. O, atasının yolunu davam etdirib, bəstəkar olmaq istəyir. Gözəl pianistdir. 

- Dayandığınız bu nöqtədən geriyə baxanda nə görürsünüz?

- Geriyə baxanda yaxşı günlər də var, pis günlər də... İnsan hər gün, hər saniyə xoşbəxt ola bilməz. İnsanın qəmli dəqiqələri də var, şən dəqiqələri də var. Evdən çıxırsan, bilmirsən nə ilə qarşılaşacaqsan. Bir insan elə bir söz deyir ki, xoşun gəlmir və məyus olursan. Kimsə desə ki, mən yaşadığım dövrdə ancaq xoşbəxt olmuşam, ancaq deyib-gülmüşəm, bilin ki, yalan deyir.

- İki qoçun başı bir qazanda qaynayıbmı?

- Məcbur etsən, qaynayacaq.

- Hansı fikirlər sizin fikirlərinizlə tərs mütənasibdir? Hansı insanların fikirləri ilə düz gəlmir fikirləriniz?

- Fikirlər müxtəlifdir. Tərs gələni də var, çəp gələni də var. Qədimi düşünən insanlarla, “gerizəkalı” insanlarla fikirlərimiz üst-üstə düşmür.

- Həmin insanlarla münasibətiniz necədir? Qaçırsınız onlardan?

- Ümumiyyətlə, şou-biznes aləmində yoxam. Şou-biznesdə dostum da yoxdur. İstər indi, istər keçmişdən. Mən özüm 25 ildir bu sənətdəyəm. Musa qocamandır. Amma yenə də, bu 25 il ərzində evimizə dəvət etdiyimiz çəkilişlərdən başqa, nə gələnimiz olub, nə getdiyimiz olub. 

- Müğənnidən dost olmaz prinsipidir, yoxsa necə?

- Bəlkə də olar. Bizim dostlarımız çoxdur. Amma sənət aləmində dostumuz yoxdur. Ünsiyyətdə olduğumuz, salam verdiyimiz insan çoxdur. Amma dost başqa şeydir.

- Təranə xanım, nə vaxtsız oldu?

- Vaxtsız çox şey oldu. Anamı itirdim, qardaşımı itirdim. Milli ordunun ilk şəhidi Firdovsi Məmmədov oldu. Vaxtsız atamı itirdim. Allah vaxtsız ayrılıqları heç kimə göstərməsin. Hər şey zamanında gözəldir.

- Şamla axtardığınız nədir?

- Allahın sevimli bəndəsiyəm, şamla heç nə axtarmamışam. Allahdan nə gəlirsə, xoş gəlir. Ona görə də şamla heç nə axtarmamışam. Şan-şöhrət dalınca da qaçan deyiləm. Şan-şöhrət dalınca qaçmış olsaydım, indi mən şanslı qadın olardım, hər şeyim olardı. Həmişə azı seçmişəm.

- Nəyiniz yoxdur indi?

- Həyatda yaşamaq üçün Allah mənə sağlam can verib, vid-fason verib, yaxşı həyat yoldaşı verib. Nə qədər əsəbi olur-olsun, əl qaldırmayıb mənə. Ailəsini sevən, balasını sevən, məni sevən bir həyat yoldaşım var. Və buna görə də, çox xoşbəxtəm.

- Musa bəyin əsəblərini necə sakitləşdirirsiniz?

- Musanın əsəblərini məndən başqa heç kim sakitləşdirə bilmir. Musa əsəbləşəndə, mənim bir kəlmə sözümlə sakitləşir. Durub qarşısında gözlərinin içinə baxıram, deyirəm ki, bu, belə deyil. Sakitləşir əsəbləri.

- Uzadılan əli geri çevirmisinizmi?

- Bacardığım qədər yox. Mənə uzanan əli, imkanım yetən qədər geri qaytarmamışam. 

- Qulağınızdan hansı sözü sırğa olaraq asmısınız?

- Qulağımdan çox sırğalar asmışam, çox insana şans vermişəm bu həyatda. Həyat bir də geri qayıtmış olsaydı, buraxdığım səhvləri etməzdim. Mən o insanlara şans verdim. Bir pilləkən yuxarı qalxmaqları üçün onlara dəstək oldum. Əvəzində isə...

- Ən böyük səhviniz nə olub?

- Səhv deməzdim, günahlarım olub. Çalışıram ki, səhvlər buraxmayım. Mənə elə gəlir ki, səhvsiz bir Allahdır. Səhvsiz, ideal insan yoxdur. Yəqin, özümə görə az da olsa səhvlərim var. 

- Gözünüzün içinə dik baxa bilməyən insan varmı?

- Çoxdur elələri. Mənim gözlərim çox qorxuludu, hər adam baxa bilməz. Təsir etdiyim insanlar da var. Təsirə düşmək yoxdur məndə. Heç kimin təsiri altına düşmürəm. Birdə görürsən bir jurnalist zəng edir ki, sizin haqqınızda filan şey yazıblar. Deyirəm, məndə internet yoxdur. Çatım, oxuyum görüm mənim haqqımda nə yazıblar. Sonra mən bu nömrəyə zəng edib cavablandıraram sizi. O məlumat haqqında anlayışım olmadan heç nə demirəm ona. 

- Gözünüzdən pərdə asmaq istəyənlər bəs necə?

- Gözümdən pərdə asmaq istəyənlər də az deyil. Gözümdən pərdə asmaq istəyən insanlar mənim qarşımda özünü aldadır. Mən o insanların daxilini görürəm və ona görə məni aldada bilmirlər. Mənə elə bir vergi verilib ki, mən o insanların pisliyini görürəm. Aldadan olub məni. Mən o insana qulaq asmışam. Bilmişəm məni aldadır, amma onun üzünə vurmamışam. Hörmətim olduğuna görə deməmişəm ki, sən məni aldatdın.

- Bəzən başa sala bilmirsiniz, ya başa düşmürlər?

- Başa sala bilmirəm. Bəlkə də, başa düşmək istəmirlər.

- Nəyi başa salmaq istəyirsiniz, amma alınmır?

- Başa salmaq istəyirəm ki, bu belə deyil, elədir. İnsan var ki, başa salırsan başa düşür, amma öz bildiyini heç kimə vermir. Bu dəqiqə insanları başa salmaq, başa düşmək çox çətindir. Əvvəllər deyirdilər ki, insanlar ikiüzlüdür. İndi ikiüzlü insan yoxdur. İnsanların min sifəti var. 

- Özünüz haqda nə başa düşürsünüz?

- Mən özüm haqqında elə bir şey  etməmişəm ki, sonradan başa düşüm. Mən başa düşüb sonra edirəm. Əslində mənim ürəyim çox təmizdir. Ürəyim sudan da təmizdir. Heç bir vaxt qarğış etməmişəm, insanlara pislik arzulamamışam. Bəlkə də, buna görə Allah mənim qarşıma yaxşı dostlar çıxardıb. Məni həyatda çaşdırmaq qeyri-mümkündür. Başqalarının əli ilə yoluma toz səpmək istəyənlər, sularımı bulandırmaq istəyənlər olub. Amma mən bulanıq sulardan da keçmişəm. Allah mənim yolumu özü açır, divarın o biri tərəfini göstərir mənə.

- Bağlı qapıların o biri tərəfin görə bilmisinizmi?

- Bəli, görürəm. Bəlkə, elə ona görə bu gün məndə çaşqınlıq yaranmayıb. İnsanlar var ki, onların əlində əlacı olsa mənim şəkillərimi fotomontaj edib çıxardarlar üzə. Amma görürsünüz ki, həyatda mən dup-duruyam. Kim mənə nə palçıq yapışdırmaq istəyirsə, yapışmır. 25 ildir bu sənətdəyəm, ailəliyəm, 3 övladım var. Övladlarım da qaynana və qaynataları ilə yaşayır. 11 ildir böyük qızım ailəlidir, 6 ildir də ikinci qızım ailəlidir. İkisinin də birinci evliliyidir.

- Zaman-zaman mətbuatda çox şeylər yayıldı. Musa müəllimlə aranızda olan soyuqluq nədən ibarət idi?

- Musayla aramızda soyuqluq yoxdur. Bir də görürsən, özümə sual verə bilmirlər, şəkilin altında yazırlar ki, “bir-birlərinə ağızlarına gələni deyirdilər” və s. Belə bir fakt yoxdur ki, mənim danışdığımı götürüb mənə göstərsinlər. İnsanlar istəyirlər ki, insanları qırsınlar, özlərindən uzaqlaşdırsınlar. Bunları yalandan demək lazım deyil. Mən dalaşmadım doğrudan da... Mən həmişə pis insanlardan öz ailəmi qorumağa çalışdım. Və bunu da bacardım. Ailəmi yıxılmağa qoymadım. Sinəmi sipər çəkdim və dedim ki, gələn mənə dəysin. Ailəmə, yoldaşıma dəyməsin. Halbuki, kimlərsə, evimin içiylə məni vurmağa çalışdı. Musa müəllim də tez ayıldı. 

- Yıxılana balta vuran çox olar dedikləri kimi...

- Baltaladılar. Mən dəmir adamam. Dəmirə balta girmir. Dəmirə nə qədər vursan, baltanın dişləri qırılacaq. Ümumiyyətlə, yel qayadan heç nə aparmadı. Bugünkü gündə insanlar var ki deyirlər “qonşu baxır ayıbdır”. Mən indiyə qədər nə danışmaq istəmişəm onu danışmışam, nə geyinmək istəmişəm onu geyinmişəm, nə yemək istəmişəm onu yemişəm. İndiyə qədər necə yaşamışamsa, elə də yaşayıram mən. Rola girə bilmirəm. Bir az ola bilər ki aqressiv olmuşam. Yüz insanın qarşısında bir insan hamısına söz verirsə, o insan yorulur. İstər-istəməz o insanın danışıq tərzi dəyişir. Həyatda bir hakim tanıyıram o da göydəki Allahdır. Bu gün kimsə gedər məhkəməyə də pul verib udar, mətbuata da pul verər nələrisə yazdırar. 

- “Göydəki hakim”lə nədə yola getmirsiniz?

- Mən hamıyla yola gedirəm. Qərar deyəndə hakimin yox, məhkəmənin qərarı olur. Məhkəmə qərarın elə də çıxartsa, belə də çıxartsa məcbur gedəcəyik. Adamlar var qorxaqdır, razılaşır. Amma mən haqqımı tələb edən insanam. Mənim üçün yalandan şahid tutub üzümə dura bilərsən, amma bu mənə yapışmaz. 

- Siz elə insanlara qarşı necə mübarizə aparırsınız?

- Mübarizə aparmıram. Mən onları Allaha buraxmışam. Biri var insanla mübarizə aparmaq, biri var onu Allaha tapşırmaq, biri də var ki, yalan-dolan işlərlə üzümə dururlarsa, mən gülürəm onlara. Geci-tezi var hər şeyin. Hər şey gələcək öz yerini tapacaq. 5 ildir məhkəmə gedir. Getməlidir də. Kiminsə marağı var bu işdə. Amma mənim marağım yoxdur. 5 ildə mən öz həyatıma davam edirəm, işimdəyəm, gücümdəyəm. Keçən dəfə də dedim biz bağımızı təmir edirik. Başımız ona qarışıb. Zamanımız çox azdır. Zamanımı, vaxtımı övladlarıma həsr edirəm. Bir də özümə, sağlamlığıma sərf edirəm. 

- Artıq 5 ildir məhkəmə prosesi davam edir. Ötən 5 il ərzində heçmi ortaq nöqtə mümkün olmadı? Heçmi uzlaşmaq alınmadı?

- Çünki, şou-biznes aləmində ikiüzlü insanlar çoxdur. Onu sakitləşdirmək əvəzinə qızışdırırlar. Niyə görə mən bu gün deyirəm ki, şou-biznesdə yoxam? Məclisə çağırırlar, ürəyimiz istəyən adamın məclisinə gedirik, istəməyənə getmirik. Mən seçərək məclisə gedirəm. Mən o insana dəyər verirəmsə, mənim üçün qiymətlidirsə, gedirəm. 2 toy etmişik, amma siyahıya baxaraq getmirəm toya. Maraqlı insandırsa, hörmətimiz varsa, biz o toya gedəcəyik. 

- Ömrünüzdən 10 il nə geri atdı sizi?

- Heçn ə. Çünki, mən yaşamaq eşqi ilə çırpınıram. Allahın mənə verdiyi ömrü gözəl yaşamalıyam. Düşünmürəm ki, sən mənə bu gün bu sözü dedin və mən bu sözü özümə dərd etməliyəm. Mənə dediyin söz burda da qalacaq.

- Həyatın dadını çıxarda bildinizmi?

- Çıxardırıq hələ də. Həyat gözəldir, yaşamağa dəyər. Evə gedəndə bizdəki səs-küyü görəsən. Balalarımız, nəvələrimiz, qudalarımız. Bağa gedirsən bağda, evə gedirsən evdə. 

- Bilmə zəif qadın adın, dərk elə gör nədir qadın...

- Mən zəif qadın deyiləm. Qadın görünürəm, amma mənim içimdə böyük bir şir var. Şir yatır içimdə. Heç bir zəifin qarşısında gücümü göstərmirəm. Nə kişi qarşısında, nə uşaq qarşısında, nə də zəif qarşısında. Kimsə mənlə kəllə-kəlləyə gəlmək istədiyində, gücümü görür. Zəiflərə gücümü göstərmərəm, zəiflə dalaşmaram. 

- Həbs olunmaqdan qorxmursunuz? 

- Hər iş insan üçündür. Kişinin başına iş gələr. Qadının həbs olunmağı çox pisdir. Elə insanlar var ki, zakas edib kimisə həbs etdirə bilirlər. Kimsə pul basıb məni tutdura bilər, amma Azərbaycan xalqı humanist xalqdır. Nə qədər ki, cinayət olmayıbsa, qadını həbs etmirlər. Mən ilk növbədə şəhid bacısıyam, atam şəhid atasıdır. Bir qardaşım vardı, o da hamımızın uğrunda şəhid olub. Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən gəlib pul basıb məni tutdursun. Torpağım uğrunda bu gün mən də bayrağımı öpüb vuruşaram. Mənim ailəmi çox insan dağıtmaq istədi. Amma mən ailəmi başımın üstündə tutdum, dağılmağa qoymadım. Qadınlar var ərləri çırtma vuranda gedib şikayətlənirlər ki, bu mənə çırtma vurdu artıq bununla yaşamaq istəmirəm. Elə bir ev yoxdur ki, orada dava olmasın, söz-söhbət olmasın. Musanı neyniyim? Köhnə kişidir də. Dalaşır da, söyür də, amma döymür nə yalan deyim. Köhnə kişidir. İndiki kişilərdən deyil ki, telinə qara qoysun, dodağına pomada çəksin, ten çəksin qadın kimi. 

- Nədən artıq əsər-əlamət qalmayıb?

- İnsan yaşayırsa, necə əsər-əlamət qalmaya bilər? Biz yaşadıqca izimiz qalır. Bizim nəslimizdə hələki əsər-əlamət, köhnəlik var, mentalitetimiz var. Biz hələ ki köhnədəyik. Baxın mənim üzümə, görürsünüz ki, mən köhnədən qalan adamam. Ağzım, gözüm, qaşım, saçım yerində. Yəni mən əməliyyat olunmamışam. Köhnə şəkillərimi də paylaşmışam. Ağzım da budur, burnum da budur. Nəslimizdən, kökümüzdən, dədəmizdən, babamızdan biz köhnəyik. Əsər-əlamətimiz bundan ibarətdir bizim. 

- Heç kimlə davanız yoxdur. Bəs fələyin davası olubmu sizinlə?

- Bunu cavablandırmayaq. Fələkdit də. 

- Başınız daşdan-daşa dəyibmi?

- Başımız daşdan-daşa dəyməsə, biz ağıllanmarıq. Ən bərk dəydiyi də olub. Qoymamışam başım daşa dəyəndə ordan gələn qanı kimsə görsün. Elə bir adam yoxdur ki, başı daşdan-daşa dəyməsin. Anam rəhmətə gedəndə mənim 5 yaşım olub, balaca bacımın 3 yaşı olub. Bizim atamız elə bir kişi olub ki, ailə qurmayıb. Biz bacıları da, qardaşı da özü saxlayıb, böyüdüb. Deyib ki, mən ailə qurmuram ki, mənim balalarım pərən-pərən olmasın. Mətbuata atam haqqında belə şeylər danışmamışam. 

- Yenilikləriniz barədə demək istədikləriniz.

- Mahnılarımız yazılır. Adamlar var ki, sual verir sizi niyə efirə çağırmırlar? Sağolsunlar, bütün aparıcılar, telekanallar bizi çağırır. Amma mən heç bir efirə çıxmıram. Ona görə ki, biz robot deyilik. Həm efirə qaçaq, həm toylara qaçaq. Mart ayında bütün verlişlərə çəkilmişik, bütün bayram efirlərinə çəkilmişik. Bir də Allah qoysa, sentyabrda. Təzə mahnılarımızla sizlərin evinə qonaq gələcəyik.






25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.