91-ci dəfə keçiriləcək “Oskar” mükafatlarında Türkiyəni təmsil edən filmin adı açıqlanıb.
Realpress.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi film sektorundakı peşəkarları bir araya toplayaraq qərar verib.
12 filmin yarışdığı iclasda rejissor Nuri Bilge Ceylanın “Ahlat ağacı” filmi namizəd seçilib.
Qeyd edək ki, filmdə baş rolları Doğu Demirkol və Murat Cemcir oynayıb. Bundan başqa filmdə Bennu Yıldırımlar, Hazar Ergüçlü, Serkan Keskin, Tamer Levent, Akın Aksu, Ahmet Rıfat Şungar, Kubilay Tuncer, Öner Erkan, Kadir Çermik, Ercüment Balakoğlu, Özay Fecht, Sencar Sağdıç və Asena Keskinci kimi tanınmış sənətçilər rol alıb.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.