Yalçın Rzazadə çətin durumda — SƏHHƏTİ AĞIRLAŞIB

Yalçın Rzazadə çətin durumda — SƏHHƏTİ AĞIRLAŞIB
16 Avq 2018 17:48

Xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problem yaranıb.

Realpress.az istinadla bildirir ki, sənətkar "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir:

"Səhhətim çox pisdir. Həm qan təzyiqim var, həm də ürəyimin vəziyyəti yaxşı deyil".

Sənətkar bildirib ki, indiki məqamda müalicəsi üçün heç kimə müraciət etmək fikrində deyil:
 
"Ölkədən kənarda müalicə almalıyam, amma ona da pul lazımdır. Belə də yazsanız, deyəcəklər ki, Yalçın yolçudur. Hər kəsdən, hər şeydən küskünləşmişəm, heç kimdən də kömək istəmirəm. Nə restoranım, nə obyektim yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq". 

Qeyd edək ki, Yalçın Rzazadə ilə şok açıqlamalarla dolu müsahibəni sabah “Ölkə.Az” saytında oxuya bilərsiniz.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.