Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını ziyarət edib.
Yüksək Texnologiyalar Parkınının (YTP) Biznes İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa YTP-nin direktoru Tural Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, parkın rezidentləri üçün xüsusi sərfəli güzəştlər təklif edilir.
Görüş zamanı startap layihələrə investorların cəlb olunması və yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştiraklarına dəstək göstərilməsinə dair ətraflı müzakirələr aparılıb.
Bundan başqa, birgə layihələrin reallaşdırılmasına, eləcə də, startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, 10 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.