Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub
16 Avq 2018 10:57

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda - ümumilkdə 29 nəfər olub.

Realpress.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahan­larının mərkəzləşdirilmiş qaydada keçiril­mə­si ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başla­yıb. İmtahanın məzmunu ilə bağlı standartların, qə­bul proqram­ları­nın hazır­lan­ması məqsə­dilə 1994-cü ildən etibarən ekspert qrup­ları yaradılıb, elmi-metodiki semi­narlar təşkil olun­umuş və bu sistem ilbəil təkmilləş­diril­ib.

M.Abbaszadə qeyd edib ki, keçən 27 il ərzində imta­han­ların məzmun və forma­sında aparılan dəyişik­liklər abituriyentlərin imta­hanlara daha effek­tiv hazır­laş­malarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarıl­masına kömək göstər­ib:

"2017-ci ildən abituri­yentlərin ali təhsil almaq imkan­larını artır­maq məqsədilə qaydalarda dəyişik­liklər edilib. On­lara cari tədris ili çərçi­vəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul im­ta­ha­nların­da iki dəfə iştirak etməyə icazə veril­ib. Bu ildən isə müx­təlif ixtisas qruplarını da seçmək imkanının yaradıl­ması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nü­mayiş etdirmək şansı yaratdıb. Təbii ki, bü­tün bu dəyişikliklər abituri­yentlərin nəticə­lərinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda - ümumilkdə 29 nəfər olub".

M.Abbaszadə əlavə edib ki, 2008-ci ildən başla­yaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kuriku­lumlarının tətbiqinə başlanıb: "Təhsil sahə­sində həya­ta keçirilən bu islahatlar biliyin qiymət­lən­dirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan mo­de­linə uyğun keçiriləcək".


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.