Samsung dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Samsung dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib
15 Avq 2018 15:58

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar. Bir çox şirkətlər yeni texnologiyanı dəstəkləyən yeni nəsil qurğuların hazırlanması üzərində işləyir. Bu gün “Samsung” şirkəti dünyada ilk kütləvi 5G modemini təqdim edib. Yeni modemin əsas özəlliyi mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Exynos Modem 5100” modemi 6 QHs diapazonunda 2 Qbit/s-dək, mm-lik diapazonda isə 6 Qbit/s-dək maksimum qoşulma sürətini təmin edə bilər. Bu, 4G şəbəkəsinin imkanlarını müvafiq olaraq 1,7 və 5 dəfə üstələyir. Şirkətin press-relizinə əsasən, yeni avadanlığın sınaqları aparılır. Artıq reallığa yaxın şərtlər daxilində 5G stansiyası və modemin prototipi arasında məlumatların ötürülməsi həyata keçirilib.
 
Modem, həmçinin “2G GSM/CDMA”, “3G WCDMA”, “TD-SCDMA”, “HSPA” və “4G LTE” şəbəkələri ilə uyğunluğu saxlayacaq. Beləliklə, 5G əhatə dairəsi olmadıqda istifadəçi rabitəsiz qalmayacaq.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.