Fazil Mustafa: Trampın istədiyi neftdir, paradır, tabeçilikdir

Fazil Mustafa: Trampın istədiyi neftdir, paradır, tabeçilikdir
15 Avq 2018 14:44


Türkiyədə baş verən son iqtisadi çalxalanmalar fonunda Azərbaycandan durub prezident Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil. ABŞ-la daha necə davranmaq olar, öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır.

Əvvəlcə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. ABŞ Azərbaycandan indiyədək nə istəyib? Özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib! İstədiyi, ilk öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir.

Realpress.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin dediyinə görə, bunun üçün illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur.

O qeyd edib ki, üstəlik, istədiyi neftdir, paradır, tabeçilikdir:

“Eyni şeyi, təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı, sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı?

İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq.

Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir.

Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır?

Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkdimi?

Az qala Türkiyənin əhatəsində Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq yanındakı Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası, Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?..

Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?!..”

F. Mustafanın sözlərinə görə, siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır:

“Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların daha ciddi dərk olunmasına imkan yaradır.

Azərbaycan həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir”.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.