Oğlu Həmidə Ömərova haqda: Evdə görəndə sevinirəm...

Oğlu Həmidə Ömərova haqda: Evdə görəndə sevinirəm...
14 Avq 2018 17:25

Xalq artisati Həmidə Ömərovanın oğlu Rəhim anasından danışıb.

Realpress.az axşam.az-a istinadən xəbər verir ki, Rəhim "Xəzər maqazin"ə açıqlamasında anasını az-az görməsindən gileylənib:

"Bütün günü çəkilişlərdə olur. Evdə görəndə sevinirəm. Evdə o qədər bir-birimizi az görürük ki, incitməyə vaxt tapmırıq. Ancaq bir-birimizə "salam-sağ ol" deyirik. 

İncəsənət mənlik deyil, ürəyim bu sahədə olmaq istəmir. Anamın beş-altı filminə baxmışam. 

18 yaşım olandan deyir evlən. Başımı götürüb qaçmaq istəyirəm. Tələsən təndirə düşər. Mən də tələsmirəm".

H.Ömərova övladını tək böyütdüyünü, onu tezliklə evləndirmək istədiyini söyləyib:

"Onun dilindən tərif eşitmək qəhrəmanlıqdır. Tək uşağa baxmaq əziyyətdir. Onun hər şeyinə dözürsən, nə istəyir alırsan. Nənə olmaq istəyirəm. Deyirəm, oğlum, evlən, qoy nəvələrimə baxım".


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.