Google şirkəti istifadəçiləri izləməkdə təqsirləndirilir

Google şirkəti istifadəçiləri izləməkdə təqsirləndirilir
14 Avq 2018 17:15

Google şirkəti istifadəçiləri izləməkdə təqsirli bilinir. Prinston universitetində işləyən alimlərin araşdırmasına istinadən “Associated Press” agentliyi yazır ki, “Google”un bir çox xidmətləri məxfilik sazlamalarında ziyarət edilmiş yerlərin tarixçəsi deaktiv ediliyi halda belə istifadəçilərin hərəkəti haqda informasiyanı yadda saxlayır.
 
Hesabatda deyilir ki, istifadəçi öz smartfonunda “Google Maps” mobil proqramını işə salan kimi “Google” onun olduğu yer barədə məlumat əldə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, jurnalistlər, həmçinin diqqət yetiriblər ki, “Android” sistemi ilə işləyən telefonlarda gündəlik hava yeniləmələri cihaz sahibinin yerini dəqiq göstərir.
 
“Google”un dəstək səhifəsində yazılır ki, ziyarət edilmiş yerlərin tarixçəsini istənilən an deaktiv etmək mümkündür. Ancaq bəzi mobil proqramlar bu məlumatları yadda saxlayır və istifadəçi bundan xəbərsiz olur.
 
“Associated Press” agentliyinin  məlumatına görə, “Android” sisteminin idarəetməsi altında işləyən qurğulardan istifadə edən təxminən 2 milyard nəfər, həmçinin “Google”un xidmətlərindən yararlanan 100 milyonlarla “Apple” cihazının sahibi bu problemi yaşayır.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.