Windows sistemində şübhə doğuran proqramların yoxlanılması üçün təhlükəsiz mühit əlçatan olacaq

Windows sistemində şübhə doğuran proqramların yoxlanılması üçün təhlükəsiz mühit əlçatan olacaq
13 Avq 2018 15:17

“Windows 10” əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni “InPrivate Desktop” funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, “Windows 10” sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun.
 
“InPrivate Desktop” funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının (“Windows 10 Enterprise”) mövcudluğunu tələb edir. Proqramı “Windows” mağazasından yükləmək mümkün olacaq.
 
Qeyd edək ki, virtuallaşdırma texnologiyaları “Windows 10” platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.