Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb

Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb
13 Avq 2018 10:50

Ekspertlər istifadəçiləri əldə etdikdən sonra məyus edə biləcək 2018-ci ilin 5 ən keyfiyyətsiz smartfonunu açıqlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, antireytinq siyahısında lider “Nohor 9 Lite” modelidir. Ucuz olmasına baxmayaraq qurğu zəif texniki xüsusiyyətlərə, əlavə yaddaş kartının alınmasına zərurət yaradan kiçik yaddaş tutumuna, eləcə də aztutumlu (3 min milliamper/saat) akkumulyatora malikdir.
İkinci yerdə “Vivo V9” smartfonu qərarlaşıb. Cəlbedici xarici görünüşə malik model köhnə “microUSB” portu ilə təchiz edilib, eləcə də “NFC” texnologiyasını dəstəkləmir. Bundan başqa, smartfonun fotokamerası günəş işığında obyektləri parıltılı göstərir.
 
Siyahıda üçüncü pillədə öz sinfinin ən pisi seçilən “Samsung Galaxy A8” modeli yer alıb. Smartfon 32 giqabayatlıq quraşdırılmış yaddaş və tez boşalan batareya ilə təchiz edilib. Çatışmazlıqlar arasında aşağı keyfiyyətli kamera və solğun ekran qeyd olunur.
 
Ən keyfiyyətsiz smartfonlar arasında dördüncü yeri “LG G7 ThinQ” tutub. Qurğu zəif akkumulyator və yararsız ekrana malikdir.
 
Liderlər beşliyini “LG Q7 Plus” tamamlayır. Ekspertlər tərəfindən modelin tək kamera və 3 min milliamper/saat tutumlu akkumulyatora görə alınması tövsiyə edilmir.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.