Gürcüstana gedək, çəkək, qayıdaq...

Gürcüstana gedək, çəkək, qayıdaq...
10 Avq 2018 17:01


Azərbaycanda gənclər arasında yeni trend yaranıb: “Bəlkə, Gürcüstana gedək, çəkək, qayıdaq?”

Bu, onunla bağlıdır ki, qonşu və dost ölkədə marixuananın leqallaşdırılması ilə bağlı qanun qəbul edilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hər il marixuananın saxlanılması, daşınması və istifadəsinə görə yüzlərlə insan müxtəlif cəzalar alır. Sirr deyil ki, Azərbaycanda da marixuanaya pul vermək istəyənlər az deyil. Məhz bu cür insanlar arasında belə trend meydana gəlib – bəlkə, gedib Gürcüstanda çəkək...

Hamı Gürcüstana

Ona görə insanlar təəccüblənir ki, Gürcüstanda bu qədər turist haradandır. Rəqəmlər isə kosmikdir. Təsəvvür edin ki, ötən il Gürcüstana ölkənin əhalisindən iki dəfə çox turist gəlib. 

“Təkcə 2017-ci ildə ölkəyə 7,55 milyon qonaq gəlib (il ərzində artım - 18,8%). Turist axını Gürcüstanda əhalinin sayını da artırıb, son rəqəmlərə görə, hazırda bu ölkədə 3,7 milyon insan yaşayır. 2017-ci ildə turizmdən gələn gəlir iki milyard dollar təşkil edib. Gürcüstanın 2018-ci il üçün büdcəsi 3,9 milyard dollardır”. 

İş burasındadır ki, Gürcüstanda turizmlə məşğul olan adamlar çalışır ki, buraya gələn insanlar, misal üçün, Acariyaya getsinlər, burada vaxtlarını effektiv, iqtisadi cəhətdən uyğun və “kef”lə keçirsinlər. 

Gözəl hotellər, qonaqpərvər personal, restoranlar, kazino, indi isə marixuana çəkmək icazəsi var. 

“Hər gün dostlarımızla kazino və seksə görə Gürcüstana gedirik. Azərbaycanda qumar oynamaq üçün qeyri-qanuni yerlər mövcuddur. Ancaq buralarda ələ keçmək çox asandır. Məhz buna görə də istirahət üçün Gürcüstanı seçmişik. Bir neçə saat maşınla gedirik və artıq buradayıq”, - Tbilisdə olan azərbaycanlı turist realpress.az-a açıqlamasında bu fikirləri deyib. 


Həqiqətən də, son yeddi ayda Gürcüstana beynəlxalq səfərlər ən çox Azərbaycandan edilib. 

Məsələ ilə bağlı realpress.az-a danışan Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, Gürcüstan ikinci Amsterdama çevrilir. 

“Əlbəttə, turistlər istirahət üçün Gürcüstana gedəcəklər. Gürcüstanı Amsterdamla da müqayisə etmək olmaz. Onu qonşu Azərbaycandan üstün edən daha bir məsələ var – Gürcüstanda hər şey Hollandiyadakından daha ucuzdur”, - turizm üzrə ekspert qeyd edib. 

Bağırov əlavə edib ki, müxtəlif ölkələrdən olan insanlar istirahət üçün Gürcüstanı seçirlər, azərbaycanlıların isə bəxti gətirib – bu, bizim dost və qonşu ölkəmizdir və Azərbaycandan Gürcüstana getməkdə heç bir problem yoxdur.

“Gürcüstan aktiv turizm təbliğatı aparır. Bakıda da Gürcüstanı reklam edən nəhəng bannerləri görə bilərik. Gecə klubları, Qara dənizə çıxış, kazinolar – bunlar azərbaycanlı turisti maraqlandırır.

Ancaq Gürcüstanla sərhəddə yaşayan insanlar da var. Və onlar da, misal üçün, Marneulidəki qohumlarının yanına getsələr, yenə də turist siyahısına daxil olurlar”, - müsahibimiz bildirib. 

Bağırov əlavə edib ki, bizdə bir çox cütlüklər var ki, rəsmi nikahda olmadıqları üçün Azərbaycandakı hotellərdə qala bilmirlər.

“Əlbəttə, bu cütlüklər də istirahət üçün sərfəli və yaxın olan Gürcüstanı seçirlər”, - ekspert deyib. 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.