Zephyr dronu 26 gün havada qalıb-VIDEO

Zephyr dronu 26 gün havada qalıb-VIDEO
09 Avq 2018 17:24

"Airbus" şirkətinin "Zephyr" pilotsuz uçan aparatı havada 25 gün, 23 saat və 57 dəqiqə qalaraq uçuş müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib. Bu barədə şirkətin saytında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech www.hightech.fm" resursuna istinadən yazır ki, iyulun 11-də Arizonadan havaya qalxan "Zephyr" aparatlarından gələcəkdə hərbi kəşfiyyat və atmosferin tədqiqi üçün istifadə planlaşdırılır. Bundan başqa, pilotsuz uçan aparat təbii fəlakətlərə məruz qalmış ucqar ərazilər və ya yerlər üçün internet və peyk rabitəsi paylaya biləcək.
 
Məlumata görə, çəkisi 75 kiloqram təşkil edən "Zephyr" dronunun yükqaldırma qabiliyyəti 375 kiloqrama bərabərdir. Qanadlarının uzunluğu 25 metr olan pilotsuz uçuş aparatı günəş batareyaları ilə işləyir. Aparat 21 km hündürlükdə uçuşlar yerinə yetirə bilir.
 
Qeyd edək ki, pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna "Zephyr" aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb. 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.