Sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən süni intellekt hazırlanıb

Sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən süni intellekt hazırlanıb
09 Avq 2018 15:23

"Google" şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech www.hightech.fm" resursuna istinadən yazır ki, patentin təsvir olunduğu sənədlərə görə, istifadəçi "Google Images" servisinə insanın fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adını, ev ünvanını, iş yerini və sevimli məşğuliyyətini tapacaq. Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək.
 
Məlumata görə, servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar məhsulun final versiyasının buraxılmayacağı gözlənilir.  
 
Axtarış sistemi təkcə fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi potensial ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. "Google" mühəndislərinin qənaətinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.