Ölkəmizin yeni hədəfi: Çinli turistlər cəlb ediləcək

Ölkəmizin yeni hədəfi: Çinli turistlər cəlb ediləcək
17 İyul 2018 10:17


Azərbaycanda turizm yalnız ərəb turistlər üzərində fokuslanmamalıdır. Əlaqələr qurmaq və ölkəyə yeni turist bazarlarını cəlb etmək lazımdır.

Bu fikirləri Realpress.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə AZTA arasında imzalanan qarşılıqlı əməkdaşlıq haqqında memorandumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün yeni və cəlbedici bazarlar Hindistan, Pakistan və Çindir.

“Əgər biz Çindən turistlər cəlb edə bilsək, böyük axın əldə edəcəyik. Çinli turistlər üçün xidmətlərin təmin olunması ilə bağlı çin dilində danışan ixtisaslı bələdçilər lazımdır. İlk növbədə, biz Konfutsi İnstitutunun imkanlarından istifadə etmək niyyətindəyik”, - Bağırov deyib. 

Xatırladaq ki, Çin tərəfindən memorandumu Konfutsi İnstitutunun direktoru Li Tsixua imzalayıb. 


Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım göstərmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən, bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiqini təşviq etməkdən ibarətdir.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.