Urod qadınla öpüşmərəm - Tanınmış reper - FOTO

Urod qadınla öpüşmərəm - Tanınmış reper - FOTO
05 İyul 2018 10:43

Qurd kimi tanınan Fərid Eminov müsahibə verib.

Realpress.az yenicag.az-a istinadən həmin müsahibəni təqdim edirik:

- Fərqli tərziniz var, ilk baxışda eqoist təsir bağışlayırsınız, yəni ki, məndən yoxdur?

- Eqoizm deməzdim, bunu terminlə izah edim: buna metroseksual deyirlər. Məndə tam bu da deyil. Gözəl, təmiz geyinməyi xoşlayıram. Cürbəcür saatlar, qolbağılar istifadə edirəm. Bu, özümü sevdiyimdən deyil, özümü insanlara səliqəli təqdim etmək istəyindən irəli gəlir.

- Tatularınız da diqqət çəkir...

- Hə, çoxdur. Bunun da səbəbi var. İstəyirəm soyunanda bədənim gözəl görünsün. Dənizdə oluruq, fotolarımızı çəkirlər. Niyə də bədənim yaraşıqlı olmasın?

- Xanım sənətçilər özlərini tərifləyəndə "cazibədar qadınam" deyir. Bəs siz?

- Əlbəttə, niyə də olmasın. Mən cazibədar yox, xarizmatik kişiyəm. Bir sözlə, normal Azərbaycan kişisiyəm. Demirəm xanımların idealıyam, bunu özləri daha dəqiq deyə bilər.

- Sizi xarizmatik göstərən nədir?

- Bəziləri deyir, burnum, bəziləri deyir gözlərim, bəziləri də deyir bədən quruluşum.

- Erotik filmə çəkilərsiniz?

- Yaxşı qonorar versələr, niyə çəkilmərəm ki...Pornoqrafiya olmaz, amma erotik öpüş səhnələrinə olar. Problem yoxdur.

- Tərəf müqabilinizin yaraşıqlı, ya çirkin olması önəmli olarmı?

- Əlbəttə, əsas olan hissləri nümayiş etdirməkdir. "Urod" qadınla çəkilmərəm, təbii ki...(gülür). Onda kinonun gözəlliyi itər axı. "Urod" qadınla niyə öpüşməliyəm ki... Amma Allahın yaratdığı heç bir qadın eybəcər deyil. Sadəcə olaraq, kimsə kiminsə gözündə eybəcər görünə bilər.

- Sosial şəbəkədə xanımlar sizə çox yazır?

-Çox. Hamısına da hörmətə yanaşıram.

- Gözəl xanımdır, niyə də görüşməyim deyə heç onların sevgisindən sui-istifadə edirsiniz?

- Olub, yalandan durum nə deyim. Sadəcə olaraq, xoşuma gəlib görüşmüşəm. Amma bu, daimi xarakter daşımayıb.

- Hansı tip qadınlardan xoşunuz gəlir?

- Tip olaraq azərbaycan xanımlarına hörmətlə yanaşmışam. Bütün dünyada bizim xanımlar qədər gözəl xanımlar yoxdur.

- Bunlar ümumi sözlərdir...Üç hansı xüsusiyyət mütləq o xanımda olmalıdır?

- Özünə baxımlılıq, uzun saçlar və hündür boy.

- Qarderobda brend geyimlər çoxdur?

- Baxır geyimə.

- Ən bahalı paltarınızın qiyməti neçəyədir?

- Pencəyimdir, qiyməti də təxminəm 1200 manat.

- Kimin zövqü ilə hesablaşırsınız?

- Ata-anamın. Geyinib dururam qarşılarında, soruşuram bəyəndinizmi? Başqa heç kimlə məsləhətləşmirəm.

- Pisliyə pisliklə cavab verənlərdənsiniz?

- Pisliyə pislik, yaxşılığa da yaxşılıqla cavab verirəm. Başqa necə ola bilər ki?..

- Qisas hissi varmı?

- Əladır. Qisas almağı xoşlayıram, amma məqamı gözləyirəm. Birbaşa hücum etmirəm.

- Qurd kimi?

- Bəli. Rəqibi öldürməyə hazır olan qurd kimi. Qurd şirdən zəifdir. Gözləyir şir zəifləsin, sonra onu yıxır.

- Təhlükəlisiniz amma...

- Bəli.

- Həmişə belə səmimi olursunuz?

- Çalışıram.

- Görəndə ki, qarşınızdakı qeyri-səmimidir, reaksiyanız necə olur?

- Çalışıram ondan uzaq durum. Onsuz da müəyyən müddətdən sonra insanlar iç üzünü göstərirlər. Danışığından, gözlərindən, müəyyən etmək mümkündür.









25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.