Azərbaycanlıların bu yay üstünlük verdiyi şəhərlər – SİYAHI

Azərbaycanlıların bu yay üstünlük verdiyi şəhərlər – SİYAHI
28 İyun 2018 10:45


Bakıdakı turizm operatorları cari yayda ölkə xaricinə yollanmaq üçün tələbatın artacağını proqnozlaşdırırlar. Hər gün çox sayda insan tur paketlərlə bağlı informasiya almaq üçün müraciət edir.

Bununla bağlı Realpress.az-a paytaxtın turizm şirkətlərindən birinin direktoru İlahə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, azərbaycanlıların istirahət üçün ən çox seçdiyi şəhərlər bunlardır:

- Antalya (Türkiyə)

- Praqa (Çexiya)

- Bodrum (Türkiyə)

- Karlovı Varı (Çexiya)

- Marmaris (Türkiyə)

- Varna (Bolqarıstan)

Bu yay azərbaycanlılar Almaniya, İspaniya, Portuqaliya kimi Avropa ölkələrinə olan turistik marşrutları seçiblər. 

Yaxınlıqda yerləşən ölkələrə gəlincə isə, Azərbaycandan olan turistlərin böyük qismi Gürcüstan və Qazaxıstana gedəcəklər. 

“Həmçinin, Yesuntiki və Truskavets sanatoriyalarına tur paketlərə bu il böyük ehtiyac var. 

Yay dövründə azərbaycanlılar arasında məşhur olmayan şəhər kimi Dubayı göstərmək olar. İl boyu bu şəhərə tələbat yüksək olur, ancaq yayda bura gedənlər çox azdır”, - müsahib bildirib. 

Məmmədova qeyd edib ki, Rusiyada keçirilən dünya çempionatına görə bu ölkənin müxtəlif şəhərlərinə avia biletlər üçün defisitlər mövcuddur.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.