Azərbaycanda daha 19 pambıqçı xəstəxanalıq oldu — Tərtərdə kütləvi zəhərlənmə

Azərbaycanda daha 19 pambıqçı xəstəxanalıq oldu — Tərtərdə kütləvi zəhərlənmə
21 İyun 2018 09:11

Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax xəstəxanasına müraciət edib.

Realpress.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışan işçilər zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, müraciət edənlər Tərtər rayonu ərazisindən gələn Yevlax rayon sakinləridir.

Xəstəxanaya yerləşdirilənlərin bir qismi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə kafidir.

Qeyd edək ki, analoji hadisə Ağdamda da qeydə alınıb. Xəstəxanaya müraciət edən 2 nəfər pambıqçı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsində araşdırma aparılır.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.