Çinin "Xiaomi" şirkəti yeni elektrik velosiped yaradıb.
Realpress.az lent.az-a istinadən xəbər verir ki, o, alüminium ramaya və olduqca aşağı çəkiyə - 16,7 kiloqrama malikdir.
"Xiaomi Himo" ölçülərinə görə olduqca yığcamdır və az yer tutur. Bu velosiped bir qədər də ucuz qiymətədir. Onun bir neçə fəaliyyət rejimi mövcuddur. "Xiaomi Himo"nin qiyməti 300 dollar civarında olacaq.
Yeni elektrik velosipedin tədarükünə bu ilin iyunun 30-dan başlanacaq. Velosiped iki stil rəngdə - ağ, həmçinin qara və narıncı rəndə olacaq. İdarəetmə paneli velosipedin sükanında yerləşir və müxtəlif düymələrə malikdir. Həmçinin onun displeyi də var. Displeydə sürət, enerjisi və sair haqqında müxtəlif məlumatlar mövcuddur. Ümumilikdə akkumulyatorun tam enerji gücü 6,5 saata qədər bəs edir.
Qeyd edək ki, Çinin "Xiaomi" şirkəti müxtəlif texnologiyalar üzrə ixtisaslaşıb. Son zamanlar "Xiaomi" təkcə smartfonlar istehsal etmir. Bu il "Xiaomi" router və odsöndürən, həmçinin çanta da istehsal edərək satışa çıxarıb.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.