Yasamal Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi

Yasamal Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi
20 İyun 2018 16:18

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.

Realpress.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

Digər sərəncamla İcra Hakimiyyətinin adı çəkilən şöbəsinə də yeni müdir təyin edilib. Mərədov Rüfət Saday oğlu Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin işdən çıxarılması haqqında sərəncam imzalayıb. 

Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal RİH-in başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.